Qatarlar 250 km/saat sürətlə hərəkət edəcək

Samir Soltanov/AZADİNFORM. Polşa infrastruktur nazirinin müavini, Mərkəzi Kommunikasiya Limanının tikintisi məsələləri üzrə hökumətin müvəkkili Mikolay Vild bəyan edib ki, ölkənin yüksəksürətli Dövlət Dəmir Yolları qatarların maksimal sürətlə (250 km/saat) hərəkət etməsinə şərait yaradacaq. 

Azadinform xəbər verir ki, Mikolay Vildin sözlərinə görə, qatarların 250 km/saat sürət səviyyəsi Polşanın iri şəhərləri ilə Mərkəzi Kommunikasiya Limanı arasında məsafəni ən müddətdə qət etməyə imkan verəcək. 

Polşanın 9 min kilometr dəmir yolunun modernləşdirilməsinə və tikintisinə qoyulan 66 milyard zlota məbləğində investisiya qatarların yüksəksürətli hərəkətinə şərait yaradacaq. Hazırda Polşada qatarların maksimal sürəti saatda 200 kilometr təşkil edir.

25.05.2018 16:47 / Baxılıb: 264 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo