Ermənini azərbaycanlıdan üstün təqdim etmək əxlaqsızlıqdır

AZADİNFORM. “Torpaqlarımızı işğal edən ermənini azərbaycanlıdan mədəni səviyyəcə üstün təqdim etmək ən azı əxlaqsızlıqdır”. Bu sözləri Azadinform-a “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib.

M.Əmirhüseynova deyib ki, filmdə azərbaycanlı əxlaqına, təbiətinə ssenarist tərəfindən böhtan atılır: “Bu da Rüstəm İbrahimbəyovun baş verən hadisələrə qərəzli mövqeyinin nümayişidir. İnsan hansı həddə qədər rəzil olmalıdır ki, onu sənətkar səviyyəsinə ucaltmış, dünyada tanıtmış ölkəsinə, onun insanlarına bu qədər alçaqcasına böhtan atsın”.

M.Əmirhüseynova qeyd edib ki, Rütəm İbrahimbəyov hələ 2013-cü ildə Azərbaycana qarşı xəyanətkar mövqeyini ortaya qoydu: “Millətin və dövlətin əleyhinə yönəlmiş siyasəti həyata keçirən qondarma bir quruma sədr, vahid namizəd olmaq istəyi ilə öz çirkin mövqeyini ortaya qoydu. Bu film də Rüstəm İbrahimbəyovun 2013-cü ildən başlatdığı “siyasətin” davamı sayıla bilər”.   

QHT rəhbəri deyib ki, milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini, ermənilərin pulu ilə satın alınmış vicdanını, insani keyfiyyətlərini itirən, Azərbaycan xalqını daim aşağılamağa çalışan Rüstəm İbrahimbəyov kimi "məşhur ssenarist"in ermənilərin millətimizin başına gətirdiyi faciələr heç yadına düşmür: “Azərbaycan xalqını aşağılayan, onun milli hisslərini təhqir edən, cılız siyasi məqsədlər güdən belə bir eybəcər “film”in çəkilməsini qəti şəkildə pisləyirəm, xüsusilə qeyd edirəm ki, xalqa dönük olan bir kinodramaturqun bu qədər rəzilliyinə təəccüblənmirəm. Vətənini başqa millətlərin ayağına verən birindən hər şeyi gözləmək mümkündür”.

25.05.2018 15:15 / Baxılıb: 1662 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo