Oqtay Əsədov Gürcüstana gedir

AZADİNFORM. Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da Tbilisidə səfərdə olacaq.

Məlumata görə, tədbirin açılış mərasiminə Gürcüstanın Prezidenti, Baş naziri, parlamentin sədri, yubileyə dəvət olunmuş dövlət və hökumət başçıları qatılacaqlar.

Gürcüstan parlamentində keçiriləcək “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda "dəyirmi masa"da Milli Məclisin sədri O.Əsədov çıxış edəcək.

Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

25.05.2018 14:37 / Baxılıb: 221 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
    14.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo