XİN başçılarının görüşünün tarixi yeri müzakirə edilməyib

“Həmsədrlərin iyun ayında İrəvana səfəri onlar üçün ona görə vacibdir ki, gedib oradakı vəziyyətlə tanış olsunlar və fikir mübadiləsi aparsınlar”. 

Bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir deyib ki, danışıqların istiqaməti artıq  bilinsə də, İrəvana səfərdən sonra həmsədrlər danışıqları hansı yollarla davam etdirməyi təklif edəcəklər: “Həmsədrlərin bu dəfə Azərbaycana səfəri nəzərdə tutulmayıb. Əvvəlcə Ermənistana gedib yeni hakimiyyətlə tanış olmalıdırlar. Kimlə danışacaqlarını və kimlə işləyəcəklərini bilməlidirlər. Onların ağlında nə olduğunu öyrənsinlər. Bu, həmsədrlər üçün vacibdir”. 

O əlavə edib ki, həmsədrlər tərəfindən Ermənistan və Azərbaycan XİN başçılarının görüşü təklif edilsə də, hələ tarix və görüş yeri müzakirə edilməyib. (apa)

25.05.2018 12:03 / Baxılıb: 204 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo