Həbs qərarı çıxan aktrisa ilk dəfə açıqlama verdi

Aktrisa Gizem Karaca ötən gün çəkildiyi "Hürkuş: Göklerdeki Kahraman" adlı filminin qala gecəsinə qatılıb.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, haqqında həbs qərarı çıxan aktrisa ilk dəfə bununla bağlı jurnalistlərə açıqlama verib.

O, məhkəmənin qərarına etiraz etdiyini bildirib:

“5 il öncə baş vermiş hadisə idi. Təkrar gündəmə gətirmək və bu haqda çox danışmaq lazım deyildi. Vəkilim lazımı açıqlamanı verib. Məsələ həll olunmaq üzrədir”.

Qeyd edək ki, aktrisa narkotik ticarəti ilə məşğul olduğu iddiasıyla 4 il 2 ay müddətində həbs olunub. Onunla bərabər həmkarı, Çağatay Ulusoy da eyni iddia və eyni qərarla cəzalandırılıb.

24.05.2018 22:57 / Baxılıb: 479 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo