Azərbaycan Prezidenti İordaniya kralını təbrik edib

AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu ünvanlayıb. 

Azadinform-un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əlahəzrət, Əziz Qardaşım,

İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

24.05.2018 20:54 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo