İspaniya klubu "İnter"in yarımmüdafiəçisini heyətinə qatdı

İspaniyanın "Valensiya" klubu İtaliya "İnter"inin futbolçusu Jeffreya Kondoqbiyanı transfer edib.

Azadinform klubun saytına istinadən xəbər verir ki, İspaniya təmsilçisi bu keçidə görə 25 milyon avro ödəyib. 

25 yaşlı fransalı yarımmüdafiəçi ilə 2022-ci ilədək müqavilə imzalanıb. Sözləşməyə əsasən, hər hansı bir klub Kondoqbiyanı transfer etmək istəsə, 80 milyon ödəməlidir.

Qeyd edək ki, J.Kondoqbiya başa çatan mövsümdə icarə əsasında "Valensiya"da çıxış edib. O, 31 oyunda iştirak etməklə yanaşı, 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. 

24.05.2018 19:17 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo