ÇXR sədri Azərbaycan Prezidentini təbrik edib

AZADİNFORM. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Azadinform-un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Çin hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə sabitlik və həmrəylik müşahidə olunur, Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır. Azərbaycanın yaxın dostu kimi Çin buna ürəkdən sevinir. Mən Çin–Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm, iki ölkənin və onların xalqlarının xeyrinə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrində yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Azərbaycan xalqına tərəqqi və əmin-amanlıq arzulayıram. Sizə cansağlığı və ən xoş arzular diləyirəm.

24.05.2018 19:06 / Baxılıb: 167 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo