Deputatlar NATO PA-nın sessiyasına qatılacaq

Samir Soltanov/AZADİNFORM. Sabah Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaq. 

Azadinform xəbər verir ki, sessiyada Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edəcəklər. 

Sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində demokratiya və insan hüquqlarının təşviqi, NATO-nun Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Müasir təhlükəsizlik mühitində xüsusi əməliyyat qüvvələrinin rolu, Əfqanıstanda yerli və regional təhlükəsizliyin qarşılıqlı əlaqəsi, Kosmik sənayenin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi və digər mövzular müzakirə olunacaq. 

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaq. 

24.05.2018 18:47 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo