Festival zamanı ƏDV-nin bir qismini necə geri almaq olar?

Samir Soltanov/AZADİNFORM. Artıq 24-cü gündür ki, Azərbaycan vətəndaşları və xarici turistlər Bakı Şopinq Festivalının yaratdığı fürsətlərdən faydalanırlar. 

Azadinform xəbər verir ki, festival  ən çox ziyarət  olunan ticarət mərkəzləri ilə yanaşı, şəhərin müxtəlif  ünvanlarında yerləşən mağazaları da əhatə edir. Mağazaların ünvanları ilə festivalın rəsmi saytında http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış  olmaq mümkündür. 

Festival çərçivəsində 100 manatdan artıq alış-veriş edən şəxs xərclədiyi məbləğin ƏDV-nin bir qismini geri ala bilər. Bunun üçün o, ilk növbədə şopinq etdiyi mağazaya ƏDV-nin bir hissəsini əldə etmək istədiyini bildirməli və Vergi Hesab Fakturası (VHF) almalıdır. Daha sonra çek, VHF və aldığı məhsullarla (ağır əşyalar istisnadır) təsdiq üçün ƏDV köşkünə yaxınlaşmalıdır. 
Bakı Şopinq Festivalında iştirak edən mağazalardan alış-veriş edərək Vergi Hesab Fakturası alan alıcılar istənilən ƏDV köşkünə yaxınlaşıb sənədi təsdiqlədə bilərlər.  ƏDV köşkləri Gənclik Mall, 28 Mall, Park Bulvar,  Metropark, Nargiz Mall, Port Baku Mall və Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketində yerləşir. 
Vergi Hesab Fakturası təsdiqləndikdən sonra alıcı geri qaytarılacaq məbləği nağd və ya bank kartına almaq seçimi edə bilər. Bundan başqa, Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketindəki Kapital Bankda “cash by code” fürsətindən yararlanaraq 8 rəqəmli kodu daxil etməklə Kapital Bankın ATM-dən nağd pul ala bilərlər. Bank kartına köçürmə etmək istədikdə  isə bank və kart məlumatlarını Vergi Hesab Fakturasının arxasına qeyd edib ƏDV köşkünün yanında  olan vergi qutusuna atmaq kifayətdir. Bu halda məbləğ on gündən gec olmayaraq karta köçürüləcək. Alıcı geri qaytarılacaq məbləği  nağd almaq istədikdə təsdiqlənmiş Vergi Hesab Fakturası və çeklə birlikdə festivalın müvəkkil banklarından birinin filialına yaxınlaşıb pulunu nağd şəkildə götürə bilər. 
Şopinq etməyə tələsin! Festivalın bitməsinə 7 gün qalıb. 
Bakı Şopinq Festivalının müvəkkil bankları, filiallar və iş vaxtları barədə məlumatı festivalın rəsmi saytından – http://bakushopfest.com/muvekkil-banklar/ keçidinə daxil olaraq öyrənə bilərsiniz.

24.05.2018 18:04 / Baxılıb: 254 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo