İstanbul yenidən ÇL-in finalına ev sahibliyi edəcək

Samir Soltanov/AZADİNFORM. 2019-2020 mövsümündə Çempionlar Liqasının finalının keçiriləcəyi şəhər müəyyənləşib. 

Azadinform xəbər verir ki, İstanbul növbəti dəfə turnirin final oyununa ev sahibliyi edəcək. Final oyunu “İstanbul Atatürk Olimpiya” stadionunda keçiriləcək. Məlumata görə, Kiyevdə toplanan UEFA rəhbərliyi Avropanın 1 nömrəli futbol turnirinin İstanbulda keçirilməsinə qərar veriblər. 

Qeyd edək ki, final üçün Portuqaliyanın paytaxtı Lissabon şəhərindəki “Luz” stadionu da namizəd idi.

Xatırladaq ki, “İstanbul Atatürk Olimpiya” stadionu tarixində 2-ci dəfə ÇL-in finalına ev sahibliyi edəcək.

24.05.2018 17:20 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo