Trampın Qarabağla bağlı planı var?

AZADİNFORM. “ABŞ prezidenti Donald Trampın 28 may Cümhuriyyət bayramımızla bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevə göndərdiyi iki məktubu müqayisə etdim. Məktublarda eyni cümlələr çoxdur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cümlələrdə ciddi fərq var.

Donald Trampın 2017-ci ilin may ayında İlham Əliyevə göndərdiyi məktubda Dağlıq Qarabağla bağlı yalnız bu cümlə yer alıb – Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”. Azadinform xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq nəzərə çatdırıb ki, Tramp builki təbrik məktubunda Qarabağla bağlı cümlələrin sayını ikiyə çatdırıb: “Tramp ilk cümləsində nəyəsə işarə edib – “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”.

Görəsən Tramp “qarşıdan gələn aylar” dedikdə nəyi nəzərdə tutur? Bəlkə Ağ Ev administrasiyası Ermənistanda yeni hakimiyyətə ümid bəsləyir və ya özü qollarını çırmalayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir? Əgər belə bir istək varsa, il ərzində Tramp Azərbaycan və Ermənistan prezidentLərini Ağ Evə dəvət etməlidir”.

Politoloq xatırladıb ki, Trampın verdiyi vədlərini (Meksika ilə divar məsələsi, Qüdsün paytaxt kimi tanınması, İranla nüvə anlaşmasından imtina) yerinə yetirdiyini müşahidə edirik: “Ona görə də Ağ Ev sahibinin İlham Əliyevə göndərdiyi məktubdakı sözlərin də boş mahiyyət daşımadığına inanmaq istərdik”.

24.05.2018 16:16 / Baxılıb: 208 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo