Yunanıstanın FETÖ-çuya sığınacaq verməsinə Türkiyə sərt reaksiya verdi

Samir Soltanov/AZADİNFORM. Yunanıstanın hərbi çevrilişə cəhd göstərən “FETÖ”-çu Süleyman Özkaynakçıya sığınacaq verməsinə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) münasibət bildirib. 

Azadinform xəbər verir ki, məsələ ilə bağlı Türkiyə XİN-in bəyanatında bildirilir: “Yunanıstanın hərbi çevrilişə cəhd göstərənləri qoruyan  ölkə olduğu beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildi. Türk millətinin vicdanını dərindən yaralayan bu qərarı şiddətlə qınayırıq. Önümüzdəki dövrdə Yunanıstanın bu qərara bənzər səhvləri təkrar etməməsini ümid edirik”.

24.05.2018 14:20 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo