Bu film göstərir ki, Rüstəm İbrahimbəyov açıq şəkildə ermənilərin maraqlarına xidmət edir

“Azərbaycanın tanınmış kinorejissoru Ayaz Salayevin Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi haqqında mətbuatda dərc olunan məqaləsini oxudum və çox təəssüfləndim”. 

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin müavini Murad Cəfərov söyləyib. 

“Rüstəm İbrahimbəyov hələ prezident olmaq istəyirdi. O, dövlət başçısı olsaydı nəinki Qarabağı, hətta digər torpaqlarımızı da ermənilərə verərdi. O, Vətəninin maraqlarını lobbiləşdirmək üçün heç nə etməyib”, - deyə M.Cəfərov bildirib. 

Diaspor fəalı vurğulayıb ki, Rüstəm İbrahimbəyov həmişə Azərbaycanın maraqlarının əleyhinə işləyib. O, Xocalı soyqırımı haqqında film çəkmək əvəzinə, ermənilərin maraqlarına xidmət edən film çəkdi: “Xatırlatmaq istərdim ki, hələ 2002-ci ildə erməni əsilli Kanada rejissoru Atom Eqoyan qondarma “erməni soyqırımı” haqqında film çəkərək Kann festivalına çıxarmışdı. Onda bu rejissorun çəkdiyi film haqqında müsahibəsini oxudum. O, həyatı boyu bu cür filmi çəkmək xəyalında olduğunu qeyd etmişdi. İndi gəlin, Rüstəm İbrahimbəyovla onu müqayisə edək və nəticə çıxaraq. Görünür, İbrahimbəyovun başqa xəyalları var. Bu xəyallara milli maraqları müdafiə etmək marağı daxil deyil”.

24.05.2018 13:16 / Baxılıb: 1614 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo