İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar kitabı təqdim olundu

Şəfa Tapdıq/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, kitab prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli Sərəncamına uyğun olaraq dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunub: “Bu kitabda milli məfkurə, azadlıq mübarizəsi, bu hərəkatı həyata keçirən liderlərimizin həyatı, fəaliyyəti əksini tapıb. AXC şərqdə yaranan ilk demokratik respublikadır. Bizim şanlı tariximiz var. AXC qadınlara səsvermə hüququ verən ilk dövlətlərdəndir. Ona görə də bu cür kitabın çapına maliyyə dəstəyi verdiyinə görə Veysəloğlu Şirkətlər Qrupuna təşəkkür edirəm”.

Daha sonra çıxış edən “Kaspi” qəzeti və “Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva kitabın müəlliflərinə öz təşəkkürünü bildirib. O, təəssüf edərək bildirib ki, bu cür bayram günündə Rüstəm İbrahimbəyovun azərbaycanlıları alçaldan filmi barədə danışmağa məcburdur: “Vaxtilə əsərləri ilə özünü bizə tanıdan Rüstəm İbrahimbəyov bu gün yenə tanınır, amma nifrətlə. Bizim Şuşa, Xocalı kimi dərdimiz var. Qız-gəlinlərimiz əsirlikdədir, necə oğullarımız şəhid olub. Bu cür xalqı aşağılamaqmı olar? O Nobel Mükafatımı almaq istəyir? Buna vətənə xəyanət etməklə çatmaq olmaz. Biz belə insanları lənətləməliyik. Bəlkə də, Əkrəm Əylisliyə qarşı bir az yumşaq davrandıq deyə, bu daha cəsarətləndi. Amma bunun adı cəsarət deyil, xəyanətdir. Namərd övladlara görə təəssüf edirəm”.

Xalq artisti Nurəddin Mehdixanlı da bu cür insanların məqsədini anlamadığını deyib: “Bizi sıradan adamlar vurmur. Niyə millətinə, ölkəsinə kin qusduğunu başa düşmürəm. Amma anlamalıdırlar ki, içlərində gəzdirdikləri nifrəti, hikkəni nümayiş etdirib xalqı alçaltmağa ixtiyarları yoxdur. Azərbaycan ziyalıları bu cür adamlara məntiqi cavablar verməlidirlər”.

Tədbirdə iştirak edən Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov, millət vəkili Elman Nəsirov, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid və digərləri də kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür ediblər.

Qeyd edək ki, kitabın müəllifləri Bəxtiyar Qaraca və Akif Aşırlıdır.

24.05.2018 12:53 / Baxılıb: 287 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo