İsveçli keşiş müsəlmanların əsl iç üzünü açdı

Samir Soltanov/AZADİNFORM. İsveçli keşiş Stefan Lindquistin sosial şəbəkə hesabında paylaşdığı “Müsəlmanlar nə dərəcədə “təhlükəlidir?”” başlıqlı məqaləsi gündəm olub. 

Azadinform xəbər verir ki, keşiş məqalədə yazıb ki, bir müsəlman mənə təzə yumurta gətirdi, digəri əhvalımı soruşdu: “Başqa biri avtomobilim təmirdə olduğu üçün istədiyim yerə apara biləcəyini dedi. Pulu olmayan yoldaşının evinə hər daim yemək aparan müsəlman tanıyıram. Müsəlmanlar həqiqətən də nə qədər “təhlükəli” insanlardır”.

Məqalədə isveçlilərlə müsəlmanları qarşılaşdıran keşiş bildirib ki, bir isveçlinin pulunu almadan kiməsə yumurta verəcəyinə həqiqətən inanmıram: “Hansı isveçli pulu olmayan yoldaşının, rəfiqəsinin evinə həftələrcə yemək aparar? Müsəlmanlar həqiqətən çox “təhlükəlidir”.

Lindquist məqaləsində bildirib ki, artıq biz isveçlilər gözlərimizi açıb həqiqətləri görməliyik: “Çox qayğıkeş, mədəni müsəlman dostlarım var. Çoxunda bir isveçlidən görmədiyim qədər gözəl qəlbləri var. Heç birində nifrət hissi görmədim. Məncə, insanlara necə davranmağımızı öyrənməliyik. İnsanları qəbul edib həyatımıza daxil edərsək qarşılığında sevgi görərik. Halbuki, biz bir neçə dəqiqə Azan oxunmasını belə bu insanlara çox görürük”.

Məqaləsinin sosial şəbəkə hesabından bəyənildiyini və paylaşım rekordu qırdığını mətbuata bildirən keşiş qeyd edib ki, müsəlmanların əksəriyyətində olan insan sevgisini və mərhəməti isveçlilərə göstərmək istədim: “Məncə müsəlmanlara qarşı gərəksiz bir qorxu və narahatlıq keçiririk”.

24.05.2018 12:27 / Baxılıb: 3056 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo