Regionun varlısı Azərbaycan, kasıbı Ermənistandır - BVF

Adəm Abbaslı/

AZADİNFORM.

Ermənistan bir daha Cənubi Qafqazda ən yoxsul ölkə olub.

Məlumata görə, bu barədə Beynəlxalq Valyuta Fondunun alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul barədə hesabatında deyilir.

Hesabata əsasən, 2018-ci ilin yekunlarına əsasən Ermənistanda bu göstərici 10 min dollar təşkil edəcək.

Ermənistan bu göstərici ilə 192 ölkə arasında 113-cü yerdə qərarlaşıb. Bu, həm də Cənubi Qafqaz ölkələri arasında qeydə alınan ən aşağı göstəricidir.

Belə ki, 2018-ci ilin yekunlarına əsasən alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18,04 min, Gürcüstanda 11,48 min dollar təşkil edəcək.

24.05.2018 11:52 / Baxılıb: 183 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
    14.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo