Rüstəm İbrahimbəyov erməni faşizminə haqq qazandırır

Şəfa Tapdıq/AZADİNFORM. “Bir həqiqət özünü göstərir ki, azərbaycanlı yazarlar yaşları 60-70-i keçəndən sonra düşüncə, təfəkkür baxımından ortaya keyfiyyətli yazılar qoya bilmirlər. Bunlardan biri də Rüstəm İbrahimbəyovdur”.

Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

O, qeyd edib ki, cəmiyyətdə müəyyən problemlər, neqativ hallar var: “Əgər o yazıçı kimi çatışmazlıqlara mövqe bildirib tənqid etsəydi, bu, qəbul olunardı. Amma o, xalqa nifrət, kin püskürür. Rüstəm İbrahimbəyov Rusiya kəşfiyyat eşalonunda yer alan ünsürlərdən biridir. Guya o humanizm ideyası yayır? Bir tərəfi alçaldıb digər tərəfi yüksəyə qaldırmaq humanizm deyil. Bu halda obyektivlikdən söhbət gedə bilməz. O, Rusiyanın, Ermənistanın xoşuna gəlmək üçün cılız üsullara əl atır. Bu tip adamların üzə çıxması cəmiyyət üçün yaxşıdır. Adamlar onların iç üzünü tanıyırlar. Bu ssenari Rusiya kəşfiyyatının müəyyən etdiyi tezislər əsasında yazılmış əsərdir. Bizim bu barədə mövqeyimiz sərtdir. Bir daha deyirəm, o, yazıçı kimi Azərbaycan xalqını normal tənqid etsəydi, mən də normal qarşılayardım. Amma burada söhbət bədii mətndən getmir. Rüstəm İbrahimbəyov ermənilərin törətdiyi faşizmi dəstəkləyir, onlara haqq qazandırır, ermənilərlə həmrəy olur. Ona görə də mövqeyimiz sərtdir və heç bir güzəşt ola bilməz”.

24.05.2018 11:22 / Baxılıb: 1221 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo