200 manatlıq əskinaslar buraxılacaq Azərbaycanda (Yenilənib)

Samir Soltanov/AZADİNFORM. Bu gün Mərkəzi Bankda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə yubiley pul nişanları hazırlanıb. 

Mərkəzi Bankdan Azadinform-a verilən məlumata görə, Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir. 

Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunub. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş Dövlət bayrağının fonunda Ulu Öndərin qızıl və platindən hazırlanmış portreti əks etdirilib. Arxa hissəsində isə Dövlət gerbi təsvir olunub. 

E.Rüstəmov eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib. 

Azərbaycan Mərkəzi Bankı da bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə Cümhuriyyətin yaradılmasının 100 ilik yübileyinə hər olunmuş xatirə pul nişanlarını tədavülə buraxır. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir. 

Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, Dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilib. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunub. Yubiley pul nişanının arxa hissəsində Dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunub. 

Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.


18:50


Samir Soltanov/AZADİNFORM. Gələn aydan Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılacaq.Azadinform xəbər verir ki, bu gün yeni əskinasın təqdimat mərasimi keçirilib.

23.05.2018 18:50 / Baxılıb: 345 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.08.2018
14.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo