Ölkəmiz Kosova məsələsində beynəlxalq hüququ müdafiə etdi

Şəfa Tapdıq/AZADİNFORM. “Azərbaycan-Serbiya münasibətləri inkişaf edir. Bildiyiniz kimi, ölkəmizin Serbiyada investisiya layihələri reallaşıb. Bunlar iki ölkə arasındakı yaxşı münasibətdən xəbər verir və əməkdaşlıq uğurla davam etdirilir”.

Bu sözləri Azadinform-a açıqlamasında millət vəkili, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.

O, bildirib ki, Azərbaycanla Serbiya arasındakı əməkdaşlıqda siyasi tərəflər var: “Azərbaycan Kosova məsələsində hər zaman olduğu kimi, beynəlxalq hüququ müdafiə etdi. Bizim üçün ölkələrin ərazi bütövlüyü məsələsi vacib məqamdır. Və bu, Serbiya tərəfindən də yüksək qiymətləndirilir”.

23.05.2018 12:48 / Baxılıb: 252 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo