Bu gün nikahların pozulmasına çox vaxt Facebook səbəb olur Deputat

“Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər və sair səbəb olur”. 

Məlumata görə, bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib. O bunu acınacaqlı hal adlandırıb. 

Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq azalıb: “Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”. 

H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: “Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”. (apa)

23.05.2018 11:53 / Baxılıb: 245 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo