Təyyarə qəzası 2 yerə bölündü Fotolar

Samir Soltanov/AZADİNFORM. Hondurasın paytaxtı Tequsiqalpada şəxsi təyyarə qəzaya uğrayıb. 

Azadinform xəbər verir ki, təyyarə Toncontin Beynəlxalq Hava Limanında eniş edərkən maneəyə çırpılaraq iki hissəyə bölünüb. Bildirilir ki, təyyarədə olan 9 nəfər xəsarət alıb. Qəza nəticəsində yaralananlar xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Toncontin Beynəlxalq Hava Limanı yüksək dağların arasında yerləşir. Buna görə dünyanın ən çətin hava limanları sırasındadır.

23.05.2018 11:12 / Baxılıb: 164 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.08.2018
14.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo