Makron vəliəhdlə danışıb

Adəm Abbaslı/AZADİNFORM. Fransa prezidenti Emmanuel Makron və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman Al Səud arasında telefon danışığı olub.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı tərəflər Yaxın Şərqi, Yəmən üzrə konfransı və Səudiyyə Ərəbistanında keçirilən islahatları müzakirə ediblər.

Emmanuel Makron Fransanın İranın nüvə dosyesi, Yəmən və Suriya üzrə mövqeyi və öhdəliklərini təsdiq edib və regionda stabilliyi pozan bu böhranlar üçün danışıqlar zamanı razılaşdırılmış sülh yolu ilə həllin vacibliyini vurğulayıb.

Bundan əlavə telefon danışığı zamanı Parisdə Yəmən üzrə keçiriləcək humanitar konfrans iyunun axırına təsdiqlənib.

23.05.2018 10:00 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo