OPEK hasilatı artıra bilər

Adəm Abbaslı/AZADİNFORM. OPEC iyunda neft hasilatını artıra bilər.

Məlumata görə, bu barədə təşkilatın iyunda keçiriləcək iclasında müzakirələr aparılacaq.

Qeyd edək ki, 2016-cı ilin iyununda təşkilat ölkələri gündəlik hasilat həcminin 1,8 mln. barel azaldılmasına dair qərar qəbul ediblər. 2017-ci ilin əvvəlindən icra olunan qərarın müddəti iki dəfə artırılıb. Sonuncu dəfə müddət 2018-ci ilin sonunadək uzadılıb.

Sözügedən məsələ bu həftə Sankt-Peterbuqrda Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ nazirləri arasında müzakirə mövzusu olacaq.

OPEC-in iclası isə iyunun 22-də Vyanada keçiriləcək.

23.05.2018 09:20 / Baxılıb: 152 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2018
    19.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo