Tramp Cənubi Koreya lideri ilə görüşüb

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Cənubu Koreya lideri Mun Çje İnlə görüşüb.

Azadinform-un “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, görüş ABŞ-Şimali Koreya danışıqları ərəfəsində təşkil edilib.  

Donald Trampın 2 gün əvvəl Cənubi Koreya prezidenti Mun Çje İnlə telefon danışığı olub. Liderlər Şimali Koreyadakı son hadisələri müzakirə ediblər və D.Tramp KXDR lideri Kim Çen Inla görüşənədək Cənubi Koreya ilə sıx təmasın davam etdirilməsinin vacib olduğunu qeyd ediblər. ABŞ və Cənubi Koreya liderləri arasında sayca 15-ci olan həmin telefon danışığı 25 dəqiqə davam edib.

Qeyd edək ki, D.Tramp bundan əvvəl KXDR lideri ilə görüşünün iyunun 12-də Sinqapurda baş tutacağını bildirib. Pxenyan daha sonra xəbərdarlıq edib ki, əgər ABŞ Koreya yarımadasının birtərəfli şəkildə nüvəsizləşdirilməsini tələb etməkdə davam edərsə, onda KXDR planlaşdırılan görüşdən imtina edəcək.  

22.05.2018 23:26 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo