Pakistanda anormal istidən 65 nəfər ölüb

Pakistanın Karaçi şəhərində istidən 65 nəfər ölüb.

Azadinform "Pakistan Today" nəşrinə istinadən xəbər verir ki, bütün ölüm halları son üç gündə qeydə alınıb.

Onların bir çoxu evdə, günvurmadan sonra vaxtında həkim yardımı ala bilmədikləri üçün vəfat edib. Ölənlərin yaş həddi 6-78-ə qədərdir.

Sinoptiklərin xəbərdarlığına görə, Karaçidə daha bir neçə gün yeni isti hava dalğası gözlənilir. Havanın istiliyi 40 dərəcəyə yaxınlaşacaq.

22.05.2018 22:46 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo