Vəkilliyə namizəd 85 nəfər icbari təlimə buraxılıb

AZADİNFORM. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilməkdədir və onlardan növbəti 97 nəfər vəkilliyə namizəd şifahi müsahibə mərhələsində iştirak edib.

Vəkillər Kollegiyasından Azadinform-a verilən məlumata görə, imtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 85 nəfər vəkilliyə namizəd iyun ayının 4-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılıb.

İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.

22.05.2018 20:11 / Baxılıb: 169 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo