İngiltərə Futbol Assosiasiyası "Arsenal"ı cərimələdi

İngiltərə Futbol Assosiasiyası "Arsenal" klubunu cərimələyib.

Azadinform-un qurumun saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi Premyer Liqanın XXXI turunda səfərdə "Lester"lə matçda baş verən hadisələrə görə 20 min funt sterlinq məbləğində cərimə olunub.

"Arsenal" futbolçuları sözügedən matçda qarşılaşmanın baş hakimi Qrem Skottun təyin etdiyi penaltiyə kəskin etiraz edib və onu əhatəyə alıblar.

Qeyd edək ki, "Lester" - "Arsenal" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

22.05.2018 19:58 / Baxılıb: 188 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo