Sabah Nərimanovun bir hissəsində qaz olmayacaq

Samir Soltanov/AZADİNFORM. Ziya Bünyadov prospektində diametri 530 mm-lik  qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində  diametri 315 mm-lik yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq. 

Azəriqaz İB-dən Azadinform-a verilən məlumata görə, görülən işlərin Binəqədi rayonu  Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə eləcə də 7 və 8-ci mikrorayonların bir hissəsinin  qaz təchizatına təsir göstərməsi mümkündür. 

"Aparılan təmir işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir", - deyə məlumatda vurğulanıb.

22.05.2018 19:00 / Baxılıb: 175 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo