Goranboyda xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Samir Soltyanov/AZADİNFORM. Prezident İlham Əliyev Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, Goranboy rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

22.05.2018 18:25 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
    14.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo