Bakcell Neft və Sənaye Universitetinin karyera sərgisinə qatılıb

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Məzun və Karyera Mərkəzi” tərəfindən təşkil edilmiş karyera sərgisində fəal iştirak edib.

Azadinform-un məlumatına görə, ADNSU-nun məzun və yuxarı kurs tələbələrinin işgüzar mühitə inteqrasiyasına dəstək məqsədilə keçirilmiş karyera sərgisində Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə geniş məlumat verilərək şirkətin nümayəndələri tərəfindən tələbə və məzunlarla müsahibələr keçirilib. İki min nəfərdən çox tələbə və məzunun ziyarət etdiyi karyera sərgisində quraşdırılmış Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət ADA Universiteti, Qərbi Kaspi Universiteti və ADNSU-nun keçirdiyi karyera sərgilərində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib. 

Bakcell şirkəti gənclərin təhsil almasına və karyera  qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

22.05.2018 17:32 / Baxılıb: 165 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.06.2018
16.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo