Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclasının gündəliyi müəyyənləşib. 

Azadinform apa-ya istinadən xəbər verir ki, gündəliyə 20 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihələri, Torpaq Məcəlləsinə dəyişiklik və digər məsələlərdir.  

Qeyd edək ki, sonuncu iclas mayın 31-də keçiriləcək. İyunun 12-də isə bir qrup deputatın müraciəti əsasında növbədənkənar sessiya çağırılıb.

22.05.2018 17:25 / Baxılıb: 199 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo