Müdafiə Nazirliyi Beyləqanda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

Adəm Abbaslı/AZADİNFORM. Müdafiə Nazirliyi Beyləqanda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Azadinform-a bildirilib ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub.

Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin Mətbuat xidməti ilə dəqiqləşdirilməsi vacibdir.

22.05.2018 16:40 / Baxılıb: 267 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo