Ali məktəblərdə orta ixtisas təhsili də həyata keçirilə bilər

Azərbaycanda ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili də həyata keçirilə bilər. 

Azadinform xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif olunur. 

Qanuna təklif edilən dəyişikliklərə görə, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. 

Təklif edilən əlavədə qeyd edilir ki, doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcələrin verilməsi ilə başa çatır. 

Ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda, habelə digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə reallaşdırılır. 

22.05.2018 16:22 / Baxılıb: 167 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo