Mağazadan 13 telefon oğurlayan Abşeron sakini saxlanılıb

Samir Soltanov/AZADİNFORM. DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Ağcabədi şəhəri ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub. 

DİN-dən Azadinform-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin mağazadan 13 ədəd mobil telefonun oğurlandığı müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Qurbanəli Əsgərzadə olduğu, oğurladığı mobil telefonların çoxunu satdığı müəyyən edilib. Mobil telefonlardan 2-si maddi sübut kimi ondan götürülüb. 

Ağcabədi RPŞ-də araşdırma aparılır.

22.05.2018 15:22 / Baxılıb: 185 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo