Şəhid hərbçimiz Şücaətə görə medalı ilə təltif olunub

Samir Soltanov/AZADİNFORM. Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub. 

Azadinform xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq. 

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub. 

Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

22.05.2018 13:20 / Baxılıb: 163 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo