Hər şey Emin Millinin dəvət almasından sonra başladı

AZADİNFORM. “Bu adamların mübahisəsinin dərinləşməsi mayın 9-da ABŞ Konqresində Azərbaycanla bağlı keçirilən dinləmələrə Əli Kərimlinin (və ya onu təmsil edə bilən adamın) deyil, Avropada Emin Millinin dəvət almasından sonra başladı”.

Bu sözləri Azadinform-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Sevinc Osmanqızı, Xədicə İsmayıl və Emin Milli arasında gedən mübahisə haqda fikirlərini bölüşərkən deyib.

O, qeyd edib ki, dinləmələrə həmişə AXCP dəvət alırdı. İndi isə ABŞ dinləmələr məsələsində Əli Kərimlinin üstündən xətt çəkib. Bunun isə müxtəlif səbəbləri var: “Məsələn, Əli Kərimlinin İran molla rejimi ilə yaxından əməkdaşlıq etməsi. Özünüz də görürsünüz ki, Əli Kərimlinin rəhbərlik etdiyi Milli Şuranın keçirdiyi mitinqlərə gələnlərin 70%-i özlərini dindar adlandıran, əslində isə İran molla rejiminin təsir dairəsində olan şəxslərdir. Kərimlinin mitinqinə baxanda elə təəssürat yaranır ki, sanki İranda keçirilən bir mitinqdir”.

N. Orduxanlı ABŞ-ın Əli Kərimlidən imtina etməsinin başqa səbəbləri olduğunu da deyib: “Bilirsiniz ki, Milli Şuranı 2013-cü il prezident seçkilərində Rusiya yaratmışdı və Əli Kərimli Rusiyanın bu layihəsində əsas rol alanlardan biri idi. Yəni Rusiya ilə də əməkdaşlığı olub. Və təsadüfü deyil ki, mayın 9-da Konqresdə keçirilən dinləmələrdə ABŞ nümayəndəsi Odri Alştadt Kərimlini Azərbaycan müxalifətinin “marginal şəxsi”  və ya “qocası” adlandırıb. O, açıq şəkildə bəyan etdi ki, Kərimli Azərbaycanda resursları olmayan biridir və onun Azərbaycanda irəli çıxmağa heç bir şansı olmayıb. Amerika artıq Əli Kərimliyə qeyri-ciddi şəxs kimi baxır və bunu da bəyan edir. Bu hadisədən dərhal sonra Əli Kərimli tapşırıq verərək Emin Millini facebook sosial şəbəkəsində trolları ilə təhqir etdirir”.

N. Orduxanlı onu da qeyd edib ki, Xədicə İsmayılın ABŞ agenturasının təsirində olan və onların tapşırıqlarını açıq şəkildə icra edən biri olduğunu hamı bilir: “Belə vəziyyətdə Xədicə İsmayıl Əli Kərimlini deyil, Emin Millini müdafiə edir. Baxmayaraq ki, Xədicə İsmayıl uzun illərdir Əli Kərimlinin mirzələrindən olub. Hətta yaxın qohumluq əlaqələri də var. Hamı bilir ki, Xədicə “Yurd”un əsas mirzəsidir. Ancaq görünür, ABŞ-dan gələn tapşırıq Xədicə İsmayılı bu addımı atmaq məcburiyyətində qoyub. Bütün bunların bir səbəbi var ki, ABŞ daha Əli Kərimli ilə əməkdaşlıq etmək niyyətində olmadığını nümayiş etdirir. Yerdə qalan təfərrüatdır”.

22.05.2018 12:52 / Baxılıb: 315 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo