Ovunun qarnından çıxan balanı qurtarmağa çalışdı FOTO

Samir Soltanov/AZADİNFORM. Tanınmış fotoqraf Ceri Van Der Volt vəhşi təbiətdə qeyri-adi ana şahidlik edib. 

Azadinform xəbər verir ki, Cənubi Afrikada vəhşi heyvanların yaşadığı bölgədə dişi aslanın ceyranı parçaladığı zaman fotolar çəkən Ceri, bir müddət sonra ceyranın hamilə olduğunu görüb. Ovunu parçalayan dişi aslan ceyranın qarnından balasını çıxarıb və yalayaraq təmizləyib. Fotoqraf bildirib ki, aslan həmin an ətrafdan gələn təhlükəni nəzarət altına alıb: “Buna baxmayaraq ceyranın balası ölmüşdü. Balanın həyatını qurtara bilmədiyini görən aslan onu ağzına alıb kənara qoydu”.

Aslanın qəribəliyinə şahid olan fotoqraf bildirib ki, dişi aslan analıq hissi ilə hərəkət edib. Fotoqraf qeyd edib ki, aslan həmin an bala ceyranın ürək döyüntülərini hiss edərək şəfqət göstərib.

22.05.2018 11:40 / Baxılıb: 208 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo