Yəməndə bombalı hücum 5 ölü, 20 yaralı

Samir Soltanov/AZADİNFORM. Yəməndə növbəti partlayış baş verib. 

Azadinform xəbər verir ki, Yəmənin şərqində yerləşən Marib qəsəbəsinə “Husilər” təşkilatı bombalı hücum edib. Hücum nəticəsində 5 dinc sakin həlak olub, 20 nəfər isə yaralanıb. Yaralı və ölənlərin sayının artacağı ehtimal olunur.  

Qeyd edək ki, “Husilər” təşkilatı uzun müddətdir siyasi sabitliyin olmadığı Yəməndə hakimiyyəti ələ keçirmək istəyir. 2014-cü ildən bəri paytaxt Sana şəhəri başda olmaqda bəzi bölgələri nəzarətdə saxlayır.

22.05.2018 11:10 / Baxılıb: 248 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo