Deputat: İki ölkə arasındakı münasibətlərin perspektivi var

Şəfa Tapdıq/AZADİNFORM. “Azərbaycanın xarici siyasətində Balkan istiqaməti mühüm yerlərdən birini tutur. Həmin ölkələr arasında Serbiya Respublikası ilə qarşılıqlı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.

Bu sözləri Azadinform-a açıqlamasında millət vəkili Musa Qasımlı Serbiya prezidenti Aleksandr Vuçiçin ölkəmizə rəsmi səfəri ilə bağlı fikirlərini bölüşərkən deyib.

Millət vəkili iki prezident arasında təkbətək görüş olduğunu, müxtəlif sənədlərin imzalandığını, Serbiya prezidenti Aleksandr Vuçiçin şərəfinə rəsmi ziyafət verildiyini xatırladıb: “İmzalanan sənədlər göstərir ki, iki ölkə arasında münasibətlərin böyük potensialı və perspektivləri var”.

22.05.2018 10:45 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo