Azərbaycan Premyer Liqasında mövsüm başa çatıb

Topaz Premyer Liqasında 2017/18 mövsümü başa çatıb.

Azadinform-un məlumatına görə, mövsümə “Qəbələ” – “Qarabağ” matçı ilə yekun vurulub.

Ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra ilk 3 yerdə qərarlaşmış komandalar medallarına qovuşublar.

Komandalara mükafatlarını AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev təqdim edib.

Qeyd edək ki, “Qarabağ” mövsümü birinci, “Qəbələ” ikinci, “Neftçi” isə üçüncü pillədə başa vurub.

21.05.2018 22:32 / Baxılıb: 260 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo