Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018-ci illər mövsümünün medalçılarının mükafatlandırma mərasimi keçirilib.

Azadinform-un məlumatına görə, "Azərsun Arena"da baş tutan mərasimdə AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər şəxslər iştirak ediblər.

Üçüncü yerin sahibi "Neftçi", mövsümü ikinci sırada tamamlayan "Qəbələ" və çempion "Qarabağ" komandasının üzvləri müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif olunublar.

Mərasimdə həmçinin 13 qolla Premyer Liqanın bombardiri olan "Qəbələ"nin hücumçusu Baqali Daboya xüsusi mükafat verilib.

Sonda çempionluq kuboku "Qarabağ"a təqdim edilib.

21.05.2018 21:23 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo