"Sumqayıt" klubu Vurğun Hüseynovla müqaviləni uzadıb

"Sumqayıt" futbol klubu 2018/2019 mövsümü üçün heyətini müəyyənləşdirmək məqsədilə çalışmalara başlayıb.

Azadinform-un məlumatına görə, komanda ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 30 yaşlı müdafiəçi komanda ilə yeni ikiillik sözləşməyə imza atıb.

5 mövsümdür "Gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyan Vurğun 2017/2018 mövsümündə klubun heyətində 20 oyuna çıxıb və 1800 dəqiqə meydanda olub və 1 qol vurub. Ümumilikdə, kapitan "Sumqayıt" heyətində 131 qarşılaşmada meydana çıxıb.

Qeyd edək ki, Vurğun Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.

21.05.2018 19:28 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.08.2018
    14.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo