İspaniyanın Rusiyaya göndərəcəyi 23 futbolçu

Samir Soltanov/AZADİNFORM. İspaniya millisinin yayda Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. 

Azadinform xəbər verir ki, baş məşqçi Julyen Lopeteqi, Sesk Fabreqas, Alvaro Morata, Ektor Bellerin və Markos Alonso kimi futbolçuların adını 23-lüyə daxil etməyib.

 

Qapıçılar: David De Xea (“Mançester Yunayted”, İngiltərə), Kepa Arrizabalaqa (“Atletik”), Pepe Reyna (“Napoli”, İtaliya);

Müdafiəçilər: Dani Karvahal, Serxio Ramos, Naço (hamısı “Real”), Jerar Pike, Xordi Alba (hər ikisi “Barselona”), Alvaro Odriozola (“Real Sosyedad”), Sezar Azpilikueta (“Çelsi”, İngiltərə), Naço Monreal (“Arsenal”, İngiltərə);

Yarımmüdafiəçilər: İsko, Marko Asensio, (“Real”), Serxio Buskets, Andres İnyesta (“Barselona”), Koke, Saul Niges (hər ikisi “Atletiko”), Tiaqo Alkantara (“Bavariya”, Almaniya), David Silva (“Mançester Siti”, İngiltərə);

Hücumçular: Dieqo Kosta (“Atletiko”), Rodriqo (“Valensiya”), İaqo Aspas (“Selta”), Lukas Vaskes ("Real"). 
Qeyd edək ki, mundialda B qrupunda yer alacaq İspaniya millisi İran, Mərakeş və Portuqaliya ilə mübarizə aparacaq.

21.05.2018 18:51 / Baxılıb: 186 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo