Bəyaz Şou bitdi

AZADİNFORM. Az qala, əsrin dörddə biri qədərdir tanınan və sevilən Bəyazıt Öztürk Kanal D-də fəaliyyətini dayandırıb. 

Azadinform “Sözçü” qəzetinə istinadən xəbər verir ki, bu barədə bir müddətdir ki, söz-söhbət dolaşırdı. Bildirilirdi ki, kanalın yeni rəhbərliyi verilişi bağlamaq istəyir. Lakin bu, nəzakət xətrinə Bəyaza “başqa proqram hazırlamaq” təklifi qismində çatdırılıb. Bəyaz isə bunun nə anlama gəldiyini bildiyi üçün təklifdən imtina edib. 

Bəyaz sosial şəbəkə hesabından paylaşım etməklə deyilənləri doğrulayıb. Paylaşımda Amerikada olduğunu bildirən Bəyaz “yeni layihələr üçün Nyu-Yorkdayıq” deyərək yayılan xəbərlərin doğru olduğunu təsdiq edib.

21.05.2018 17:53 / Baxılıb: 292 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo