FHN kafedəki partlayışla bağlı məlumat yayıb (Yenilənib)

Samir Soltanov/AZADİNFORM. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayış baş verməsi barədə məlumat yayıb. 

FHN-dən Azadinform-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. 

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

Əlavə məlumat veriləcək.


15:56


Samir Soltanov/AZADİNFORM. Bakıda kafedə partlayış olub. Azadinform xəbər verir ki, Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfər ölüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

21.05.2018 16:45 / Baxılıb: 215 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo