Azərbaycan prezidenti: Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək

Adəm Abbaslı/AZADİNFORM. “Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək, Serbiya-Azərbaycan əlaqələrinin inkişafına böyük dəstək olacaq”.

Azadinform-un məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçlə geniş tərkibli görüşdə bildirib. 

Dövlət başçısı deyib ki, iki ölkə arasında əlaqələr çox uğurla inkişaf edir: “Biz dost, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək. Biz beynəlxalq sahədə bir-birimizi dəstəkləyirik. İqtisadi sahədə əməkdaşlıq edirik, əminəm ki, bu gün aparılan danışıqlarda bu sahəyə də təkan veriləcək. Humanitar sahədə çox gözəl əməkdaşlıq var. Əlbəttə, biz bu gün bölgədə gedən proseslərlə bağlı sizinlə fikir mübadiləsi apardıq. Belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var ”.

Prezident İlham Əliyev qeyd edib ki, iki ölkə gələcəkdə energetika, nəqliyyat sahəsində daha fəal əməkdaşlıq edə bilər: “Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni pilləyə qalxacaq. Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. İki ölkənin münasibətlərinin böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir. Əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcək”.

21.05.2018 14:50 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.06.2018
    16.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo