Çin Ayın qaranlıq üzünü kəşf edir Peyk göndərdi

Samir Soltanov/AZADİNFORM. Çin Ayın qaranlıq üzünü kəşf etmək üçün “Çüeçiao” peykini kosmosa göndərib. 

Azadinform xəbər verir ki, Ayın qaranlıq üzünü kəşf etmək üçün göndərilən peyk, eyni zamanda Çinin Aya göndərməyi planlaşdırdığı “Çangı- 4” peyki ilə Yer arasındakı əlaqəni təmin edəcək. 

“Çüeçiao” peykinin Yer ilə Ay arasındakı İkinci Laqranj (L2) nöqtəsində orbitə girməsi gözlənilir. Peyk dünyadan 455 min kilometr uzaqlıqdakı orbitə girdiyində bu qədər uzaq məsafəyə göndərilən ilk peyk olacaq. 

Məlumata görə, peykin Yer ilə Ayın cazibə qüvvəsi arasında qalması müəyyən çətinliklər yarada bilər. 

Qeyd edək ki, Çin Marsa ilk kəşf aparatını 2020-ci ildə göndərəcək. 2029-cu ildə isə Yupiterə kəşf missiyasını göndərməyi planlaşdırır.

21.05.2018 11:32 / Baxılıb: 423 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo