XİN hərbi qulluqçumuzun şəhid olmasına münasibət bildirdi

AZADİNFORM. Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olmasına münasibət bildirib.

XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Azadinform-a açıqlamasında həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə baş sağlığı verdiklərini bildirib.  

H. Hacıyev deyib ki, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir: "Bu, bir daha onu göstərir ki, Ermənistanın münaqişənin "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyyatdır. Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".

20.05.2018 19:05 / Baxılıb: 331 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2018
    18.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo