Cəlilabadda poçtdan 5 min manatlıq oğurluq olub

Cəlilabad rayonunun Göytəpə şəhərində oğurluq hadisəsi baş verib.

Məlumata görə, axşam saatlarında Göytəpə Poçt şöbəsindən 17 ədəd dekoder, 2 ədəd skayner, zərflər və müəssisəyə aid digər sənədlər oğurlanıb.

Ümumilikdə müəssisəyə məxsus təxmini 5000 manatlıq əşya oğurlanıb.

Oğru "isti izlər"lə saxlanılıb. Onun evindən bəzi əşyalar maddi sübut kimi götürülüb

Faktla bağlı araşdırma aparılır. (report)

19.05.2018 19:27 / Baxılıb: 230 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo